Bakı. Trend:
Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlayıb.
Trend xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində baş verib. Valyutadəyişmə məntəqəsindəki partlayş nəticəsində 2 nəfərin yaralandığı deyilir.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib.
Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.