Bakı. Trend:
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 400 m² olan fəaliyyət göstərməyən quşçuluq sexinin içərisində 150 m² sahəyə səpələnmiş taxta yonqarı yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.