...

Qohumunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Hadisə Materials 11 Yanvar 2023 17:40 (UTC +04:00)

Bakı. Trend:

Qohumunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Tərtər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Tərtər rayon sakini 1970-ci il təvəllüdlü Müşviq Orucovun 30 sentyabr 2022-ci il tarixdə öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1970-ci il təvəllüdlü Ərəstun Orucovun aralarında yaranmış mübahisə zamanı ailə üzvlərini təhqir etdiyi üçün qohumu Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Toplanmış sübutlar əsasında Ərəstun Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdir.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Xəbər lenti

Xəbər lenti