...

Kürdəmirdə piyadanı vurub qaçan sürücü saxlanıldı

Hadisə Materials 24 Yanvar 2023 09:49 (UTC +04:00)
Kürdəmirdə piyadanı vurub qaçan sürücü saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kürdəmirdə piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 2 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovun müəyyən edilməyən avtomobillə vurulması barədə polisə məlumat daxil olub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21099” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti