Bakı. Trend:
Gəncə şəhərində ümumi sahəsi 1140 m² (hər mərtəbəsi 380 m²) olan üçmərtəbəli tədris mərkəzinin 2-ci mərtəbəsində bir otağın tavanı 3 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, tədris mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.