...

Qubada qanunsuz kömür quyuları aşkarlanıb

Hadisə Materials 10 Fevral 2023 18:52 (UTC +04:00)

Bakı. Trend:

Quba rayonunun Tülər kəndi ərazisində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu, Tülər kənd sakinləri Təranə Lixanova və Sakit Əbilov olduğu müəyyən edilib.

"Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv edilib”, - Xidmət rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti