...

Bakıda yataqxanada siqaret yanğına səbəb olub

Hadisə Materials 14 Fevral 2023 14:06 (UTC +04:00)

Bakı. Trend:

Ötən gecə Xətai rayonunda yerləşən yataqxanadakı yanğının ilkin səbəbi müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 18 kv.m olan birotaqlı mənzilin mətbəxi və eyvanı 12 kv.m sahədə yanıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Araşdırmalarla yanğının, ilkin ehtimala görə, siqaret kötüyü səbəbindən baş verməsi müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti