Bakı. Trend:
Abşeronda kuryer şirkətinin motoskleti marşrut avtobusuna çırpılıb.
Trend-in məlumatına görə, hadisə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində baş verib. 1997-ci il təvəllüdlü Mirzəyev Rəşid Səfadə oğlu “189 Delivery” çatdırılma şirkətinə məxsus motosikleti dayanacaqda dayanmış “Daevo” markalı “525” saylı marşrut avtobusuna çırpılıb.
Zərbənin təsirindən Rəşid Mirzəyev motosikletlə birgə, həmin istiqamətdə hərəkətdə olan “ZİL-130” markalı yük avtomobilinin qarşısına aşıb. Nəticədə motosikletin sürücüsü Rəşid Mirzəyev hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.