Bakı. Trend:
Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
Trend-in məlumatına görə, Oktay Mikayılzadə idarə etdiyi "Hyundai Terracan" markalı avtomobillə hərəkətdə olarkən halı pisləşib. Sürücü avtomobilin qaz pedalını sıxaraq qarşıda tıxacda dayanmış Rəşad Mustafazadənin idarə etdiyi "Mersedes Benz C 240" markalı avtomobillə toqquşub.
Nəticədə O.Mikayılzadə hadisə yerində ölüb, arvadı Xoşqədəm Əfəndizadə xəsarəti alıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
