...

Yevlaxda 20 yaşlı qadın güllələnərək qətlə yetirildi

Hadisə Materials 16 Fevral 2023 22:52 (UTC +04:00)
Yevlaxda 20 yaşlı qadın güllələnərək qətlə yetirildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 16-da saat 22 radələrində Yevlax rayonunda evlərin birində 2003-cü il təvəllüdlü Başxanım Salmanovanın odlu silahla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti