...

Pirallahı rayonunda avtomat satmaq istəyən şəxs saxlanıldı (VİDEO)

Hadisə Materials 20 Mart 2023 11:04 (UTC +04:00)
Pirallahı rayonunda avtomat satmaq istəyən şəxs saxlanıldı (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

DİN-dən Trend-ə bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib. Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti