...

Bakıda keçmiş məhkum silahla yaxalandı

Hadisə Materials 21 Mart 2023 11:02 (UTC +04:00)
Bakıda keçmiş məhkum silahla yaxalandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti