...

Polis Qubada əməliyyat keçirdi, həbs edilənlər var (VİDEO)

Hadisə Materials 24 Mart 2023 11:30 (UTC +04:00)
Polis Qubada əməliyyat keçirdi, həbs edilənlər var (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Cavid Qarayev və Həzrət Vahabov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 1,3 kiloqram narkotik vasitə olan marixuana və heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti