...

Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 25 Mart 2023 12:11 (UTC +04:00)

Bakı. Trend:

Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, mart ayının 24-də saat 21:45-də Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti