...

Qanunsuz balıq ovlayanlar cəzalandırılıb

Hadisə Materials 19 Aprel 2023 15:35 (UTC +04:00)
Qanunsuz balıq ovlayanlar cəzalandırılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Şəmkir su anbarında və Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Əliyar Səfərov, Laçın rayon sakini Sabir Nəcəfov, Tovuz rayon sakini Sahil Cavadov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti