...

2 gün əvvəl avtomobillə kanala düşən şəxsin meyiti tapıldı

Hadisə Materials 19 Aprel 2023 15:44 (UTC +04:00)
2 gün əvvəl avtomobillə kanala düşən şəxsin meyiti tapıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 17-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində Baş Mil kanalına düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan" və "Aran" dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti