...

Heroin alverçisi küçədə yaxalandı

Hadisə Materials 3 May 2023 09:29 (UTC +04:00)
Heroin alverçisi küçədə yaxalandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda heroin alverçisi küçədə yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Sabunçu RPİ-nin NMB-nin və DYP-nin əməkdaşlarının keçirdikləri ƏAT-i nəticəsində 1967-ci il təvəllüdlü Ağayev Çingiz Mirzə oğlu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsində yerləşən “Badü Kübə” şadlıq sarayının qarşısında idarə etdiyi “Opel Astra” markalı, “90-TS-135” dövlət qeydiyyat nişanlı avtomobil ilə saxlanılıb. Üzərinə baxış zamanı onun əynindəki boz rəngli şalvarın sağ yan cibindən ümumi çəkisi 0.785 qram heroin, habelə idarə etdiyi avtomobilin arxa saxlanc yerindən isə çəkisi 1 kq 50.2 qram narkotik maddə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti