...

Bakıda avtomobil təmiri sexi və 4 avtomobil yanıb

Hadisə Materials 4 May 2023 09:59 (UTC +04:00)
Bakıda avtomobil təmiri sexi və 4 avtomobil yanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan sexin qarşısında təmirə dayanan "Mercedes" və "Honda" markalı minik avtomobillərinin ön hissəsi, "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi yanıb.

Tikilinin və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti