...

Bakıda mağazada yanğın olub

Hadisə Materials 12 May 2023 08:58 (UTC +04:00)
Bakıda mağazada yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan mağazanın yanar konstruksiyaları 40 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti