...

ADY Marabda-Kartsaxi dəmir yolunda baş vermiş qəza ilə bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 27 May 2023 19:10 (UTC +04:00)
ADY Marabda-Kartsaxi dəmir yolunda baş vermiş qəza ilə bağlı rəsmi məlumat yaydı

Bakı. Trend:

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir nəfər əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

"Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır", - deyə QSC-dən bildirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti