...

Bakıda ikimərtəbəli ev yanıb

Hadisə Materials 18 Avqust 2023 08:19 (UTC +04:00)
Bakıda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 4 otaq və mansardadan ibarət evin mansardasının yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti