...

Qazax rayonunda yanğın olub - FHN

Hadisə Materials 2 Sentyabr 2023 00:58 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qazax rayonunun Yuxarı Salahlı kəndində ümumi sahəsi 55 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan 6 ton ot bağlamasının 2 tonu, yaxınlıqda ümumi sahəsi 80 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan ümumi sahəsi 55 m² olan talvarın metal konstruksiyaları 25 m² sahədə deformasiyaya uğrayıb.

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti