...

Masazırda yaşayış binasında yanğın olub

Hadisə Materials 20 Sentyabr 2023 03:46 (UTC +04:00)
Masazırda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti