Bakı. Trend:
Mingəçevirdə qətl hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, Sentyabrın 29-u saat 20 radələrində 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Məmmədov Sönməzbəy Nəriman oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.