...

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum oldu (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 2 Oktyabr 2023 14:53 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Trend xəbər verir ki, qəza nəticəsində 1975-ci il təvəllüdlü Ceyhun Nəcəfov, 2002-ci il təvəllüdlü Cavid Əsgərov və 1989-cu il təvəllüdlü Davud Həsənov xəsarət alıb. Daha bir nəfərə isə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

xxx

13:58

Cəlilabadda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan dörd nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti