...

Sumqayıtda köhnə zavoddakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 Oktyabr 2023 21:21 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda köhnə düymə zavodunda baş verən yanğın söndürülüb.

Trend-in məlumatına görə, yanğın zavodun ümumi sahəsi 30 kvadratmetr olan geyim otağında baş verib. Çağırışa cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri artıq yanğını söndürüblər.

Yanğın zamanı bir əməkdaş yüngül zəhərlənib, ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

xxx

20:44

Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış yerinə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti