...

Bakıda çay evi yanıb

Hadisə Materials 1 Noyabr 2023 09:34 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70 m² olan çay evinin mətbəxinin yanar konstruksiyaları 5 m² sahədə, dəhlizə quraşdırılan 1 ədəd elektrik açarı, sanitar qovşağının və şaxtasının plastikdən ibarət qapısı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xəbər lenti

Xəbər lenti