...

Xaçmazda qətl törətməkdə şübhəli bilinən şəxs istintaqa təhvil verilib

Hadisə Materials 4 Noyabr 2023 02:07 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 57 yaşlı Hacıyev Rasim Kərim oğlunu qətlə yetirməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Əliyev Faiq Rafiq oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti