...

Bakı metrosunda sərnişin dünyasını dəyişib

Hadisə Materials 10 Noyabr 2023 10:29 (UTC +04:00)
Bakı metrosunda sərnişin dünyasını dəyişib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 6:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib

"Dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib. Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib. Allah rəhmət eləsin", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti