...

Ağstafada mağazalarda pirotexniki vasitələr aşkarlanıb (FOTO)

Hadisə Materials 19 Dekabr 2023 07:31 (UTC +04:00)
Ağstafada mağazalarda pirotexniki vasitələr aşkarlanıb (FOTO)

Bakı. Trend:

Ağstafada mağazalarda pirotexniki vasitələr aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazalarda partlayıcı pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Satışı təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bundan başqa Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köçəsgər kəndi ərazisində silah-sursat aşkarlanıb. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və oradan dörd ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edərək götürüblər. Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti