...

Sumqayıtda sexdə yanğın olub

Hadisə Materials 4 Fevral 2024 02:19 (UTC +04:00)
Sumqayıtda sexdə yanğın olub

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan plastik boru istehsalı sexinin dam örtüyünün taxta atmaları 10 m² sahədə və içərisində taxta tullantıları 10 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti