Bakı. Trend:
Bakıda "Hyundai" 67 yaşlı qadını vuraraq öldürüb.
Trend xəbər verir ki, 1989-cu il təvəllüdlü Əsədov Elnur Nuru oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Zabrat qəsəbəsindən H.Əliyev prospekti istiqamətində 02.04.2024-cü il tarixdə hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında piyada - 1957-ci il təvəllüdlü Abbasova Mehriban Cilovxan qızını ehtiyatsızlıqdan avtomobilin ön tərəfi ilə vurub.
Sonuncu aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzinə aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.