...

Naxçıvanda magistral su xəttində qəza baş verib

Hadisə Materials 12 Aprel 2024 15:35 (UTC +04:00)
Naxçıvanda magistral su xəttində qəza baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.

Trend xəbər verir ki, qəza Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qeydə alınıb.

Qəzaya səbəb qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət göstərməsi və fəaliyyət müddətini başa vurması göstərilir. Borunun partlaması nəticəsində 2-ci və 3-cü mikrarayon ərazilərinə, həmçinin Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işlərinə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti