...

Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb, heyət xilas edilib

Hadisə Materials 15 İyun 2024 00:49 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin cənub-qərbindəki Aydın vilayətinin Didim bölgəsində meşə yanğınları ilə mübarizə aparmaq üçün istifadə edilən C-215 amfibiya təyyarəsi Bafa gölü ərazisində qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında yazıb.

Nazir qeyd edib ki, qəza anında təyyarədə olan hər üç mütəxəssis xilas olunub. Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti