Bakı. Trend:
Azərbaycanın cənub bölgəsində güclü zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Talış Dağlıq zonasında 5 maqnitudalı zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunub", – məlumatda qeyd olunub.
Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb.
Qurumdan qeyd edilib ki, zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.