...

Nərimanovda 12 mərtəbəli binada yanğın olub

Hadisə Materials 6 İyul 2024 13:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 4 otaqlı mənzil yanıb, xəsarət alan yoxdur.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın Nərimanov rayonu, Aşıq Alı küçəsində qeydə alınıb.

Məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində on iki mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 180kv.m. olan dördotaqlı mənzilin bir otağı qismən yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti