Bakı. Trend:
İsmayıllı rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər isə yaralanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, hadisə avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonunda baş verib. "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb.
Qəza nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov həyatını itirib, Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.