Bakı. Trend:
Şirvan şəhərində yol qəzası baş verib.
Trend-ə Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə nəticəsində bir piyada həyatını itirib. Şirvan şəhər sakini Əlvan Zeynalov, “Chery” markalı avtomobillə İstiqlaliyyət küçəsində hərəkət edərkən yolu keçən piyada, Sabir Ələkbərovu vurub. Piyada dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.