Bakı. Trend:
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Qəza nəticəsində bir piyada işıqforu yararsız hala düşüb. Piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yeni işıqforun quraşdırılması planlaşdırılır.