Bakı. Trend:
Bakıda yük avtomobilinin vurduğu piyada 27 gün sonra ölüb.
Trend bu barədə DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Belə ki, hadisə sentyabrın 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Ramin Abdullayev idarə etdiyi "KamAZ" markalı yük avtomobili yolu keçən Kəmalə Rəhmanovanı vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, K.Rəhmanova ötən gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.