...

Beyləqanda 7-ci sinif şagirdi həmyerlisini bıçaqlayıb

Hadisə Materials 15 Oktyabr 2024 13:23 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə Beyləqan rayonunun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi Hüseynov Haldun həmyerlisi 7-ci sinif şagirdi Qasımlı Hüseyn tərəfindən bıçaqlanıb.

Hadisə dərs vaxtından sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti