Bakı. Trend:
Salyan şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Salyan şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və bitişik sahəsi 70 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.