Bakı. Trend:
Saatlı sakini itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Seyidov Mirhəsən Mirabdulla oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
M.Seyidovun əlamətləri belədir: boyu 162 sm., orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir.
"Evdən çıxan zaman üzərində qara rəngli palto, qara rəngli
şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı
olanlardan DİN-in 102 Xidməti Zəng Mərkəzinə və ya Saatlı Rayon
Polis Şöbəsinə məlumat vermələri xahiş olunur",- deyə məlumatda
qeyd edilib.