Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
xxx
14:20
Bakının Nərimanov rayonunda yerləşən beşmərtəbəli binada yanğın baş verib.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.