Bakı.Trend:
Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, svetoforun qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobili işıqofora çırpılıb. Nəticədə 1 ədəd nəqliyyat işıqoforu yararsız vəziyyətə düşüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən qurğunun yenilənməsi istiqamətində işlərə başlanılıb.
Qeyd edək ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində işıqforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb. Bu istiqamətdə müvafiq tədbirlər görülüb.
