(İTAR-TASS) - Dövlətlərarası aviasiya komitəsi Komissiyası (DAK) "Azərbaycan hava yolları" Dövlət konserni ilə birgə Azərbaycanda Rusiyanın Ka-32 vertolyotunun qəzaya uğraması ilə bağlı oktyabrın 24-də araşdırmaya başlayıb.
Trend bildirir ki, bu barədə DAK-da məlumat verilib.
"Komissiyanın tərkibinə Rusiyanın mülki aviasiya və aviasiya sənayesi nümayəndələri daxildir" -deyə komitədə bildirilib.
Vertolyot Trabzon-Gəncə-Türkmənbaşı-İslamabad marşrutu ilə reys həyata keçirirdi.Vertolyot BMT-nin Krasnodarda xalq təsərrüfatında aviasiyanın tətbiqi elm-istehsalat şirkəti tərəfindən Pakistandakı zəlzələdən zərər çəkənlərə yardım göstərilməsi üçün icarəyə götürülüb.Qəza oktyabrın 22-də Azərbaycanın Gəncə hava limanının 140 km-də baş verib.Şəxsi heyətin beş nəfər üzvü həlak olub.Onların meyiti müəyyənləşdirilib və iki gündən sonra Rusiyaya yola salınacaq. Hər iki "qara qutu" tapılıb və DAK ekspertlərinə təslim ediləcək.