...

Cari ilin 10 ayı ərzində yol polisi axtarışda olan 41 nəfəri yaxalayıb

Hadisə Materials 10 Noyabr 2005 11:43 (UTC +04:00)

Cari ilin 10 ayı ərzində Dövlət Yol Polisinin əməkdaşları axtarışda olan 41 nəfəri yaxalayaraq istintaq orqanlarına təhvil verib. Bu barədə Trend ə Bakı Dövlət Yol Polis İdarəsinin təşviqat-təbliğat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Bundan əlavə, yol polisi əməkdaşları tərəfindən 10 ədəd Kalaşnikov avtomatı, 16 ədəd müxtəlif tip tapança, 23 ədəd müxtəlif növ tüfəng, 7 ədəd əl qumbarası, 1 ədəd tank əleyhinə qumbara, 3063 ədəd müxtəlif kalibrli patron və s. aşkar edilərək istintaq orqanlarına təqdim olunub.

Hesabat dövründə 17 fakt üzrə 2 kq 77 qr narkotik maddə (o cümlədən 325 qr heroin) və 18 kol aşkar olunub.

Baş Dövlət Yol Polisinə nəqliyyat vasitələrinin oğurlanması və qaçırılması barədə 138 məlumat daxil olub ki, onlardan 113-ü tapılıb, açılma faizi 82% təşkil edib.

Xəbər lenti

Xəbər lenti