...

Dekabrın 1-nə krimxronika

Hadisə Materials 2 Dekabr 2005 15:57 (UTC +04:00)

Dekabrın 1-də daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 17-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 25 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti