...

Qəzaya uğramış vertolyotdakı qara qutuya baxışla bağlı rəy istintaqa təqdim olunmayıb

Hadisə Materials 23 Dekabr 2005 16:38 (UTC +04:00)

Oktybarın 21-də Göyçay ərazisində qəzaya uğramış vertolyotdakı qara qutuya baxışla bağlı yekun rəy hələ də istintaqa təqdim olunmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Nadir Mirzəyev məlumat verib.

Müstəntiqin sözlərinə görə, hadisədən sonra xidməti baxış üçün Moskvaya göndərilmiş qara qutu ilə bağlı rəyin ləngiməsi istintaq hərəkətlərinin aparılmasını da ləngidir. "Rusiya Federasiyasına məxsus olan vertolyotun qəzaya uğraması ilə bağlı istintaq hərəkətlərinin istiqaməti yalnız qara qutuya baxışın yekun rəyindən sonra müəyyənləşəcək", - deyə N.Mirzəyev bildirib.

Qeyd edək ki, vetrolyotun qəzaya uğraması nəticəsində Rusiya vətəndaşlarından ibarət 5 nəfərlik ekipaj hadisə yerində həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti