...

Azərbaycanın Qahirədəki səfirliyi Qırmızı dənizdə qəzaya uğramış gəminin qurbanları arasında azərbaycanlıların olub-olmaması barədə məlumata malik deyil

Hadisə Materials 3 Fevral 2006 18:32 (UTC +04:00)

Azərbaycanın Qahirədəki səfirliyi Qırmızı dənizdə qəzaya uğramış gəminin qurbanları arasında azərbaycanlıların olub-olmaması barədə məlumata malik deyil. Bu barədə Trend ə Azərbaycanın Qahirədəki səfirliyindən məlumat verilib.

Buradan bildirilib ki, fevralın 3-də səfirlik işləməyib, səfirliyin növbətçisinə isə faciə qurbanları arasında Azərbaycan vətəndaşlarının olması barədə hər hansı məlumat daxil olmayıb. Bundan əlavə, yerli KİV-də də qəzaya uğrayanlar arasında azərbaycanlıların olması barədə məlumat verilmir.

Bundan əlavə, səfirliyin rəhbərliyi Misirin XİN ilə əlaqə yaradıb. Lakin laynerin sərnişinləri arasında azərbaycanlıların olması barədə məlumat yoxdur.

Qeyd edək ki, Misir hökuməti rəsmi olaraq Əl -Salam 98 gəmisinin 1400 sərnişin və heyət üzvü ilə birgə fevralın 3-də səhər tezdən Qırmızı dənizdə batdığını bəyan edib. Batmış gəminin sərnişinlərindən 15-nin cəsədi aşkar edilib və göyrətədə olan 12 nəfər xilas edilib. Sahil xidməti göyərtəsində əsasən misirlilər olan 1310 sərnişinin olduğu Əl Salam 89 ilə rabitəni itirib. Gəmi Ciddədən (Səudiyyə Ərəbistanı) Safaqa gedirmiş.

Xəbər lenti

Xəbər lenti